Bazar, 05 May 2024

Google ən bacarıqlı süni intellekti Gemini modelini təqdim edib!

OpenAI şirkətinin qabaqcıl GPT-4 modelini əvəz edəcəyi gözlənilən süni intellekt 3 fərqli modeldə, Gemini Ultra, Pro və Nano kimi təqdim olunur. Qeyd edək ki, Google şirkətinin yeni süni intellekt modelinin təqdimatı təxirə salınmışdı. Daha doğrusu bununla bağlı xəbərlər ortaya çıxmışdı. Məhz buna görə də yeni süni intellekt modelinin təqdim edilməsi hərkəs üçün sürpriz oldu.

Yeni Gemini süni intellekti ilk olaraq Pixel 8 pro modellərində əlçatan olacaq. Habelə mobil cihazlarda süni intellektin sadəcə Nano versiyası əlçatan olacaq.

Digər versiyalar Gemini pro və Gemini Ultra, müvafiq olaraq xüsusi tapşırıqların və geniş əhatəli tapşırıqların yerinə yetirilməsində iştirak edəcək. Texnologiya nəhəngi, Gemini modelini ilk olaraq abunəçilərinə öz tətbiqlərində istifadə etmələri üçün Cloud vasitəsi ilə lisenziyalaşdırmağı planlaşdırır. Dekabrın 13-dən başlayaraq tərtibatçılar və korporativ müştərilər Google AI Studio və ya Google Cloud Vertex AI-də Gemini API vasitəsilə Gemini Pro-ya daxil ola biləcəklər.

Qeyd edək ki, Gemini Ultra həm dünya görüşünü, həm də problem həll etmə bacarıqlarını yoxlamaq üçün riyaziyyat, fizika, tarix, hüquq, tibb və s. daxil olmaqla 57 fənnin birləşməsindən istifadə edən MMLU üzrə ekspertləri belə ötən ilk modeldir. Google iddia edir ki, o, mürəkkəb mövzularda nüansları və əsaslandırmaları anlaya bilir. Habelə Bu gündən etibarən Google-un Bard chatbotu qabaqcıl düşünmə, planlaşdırma, anlama və digər bacarıqlara kömək etmək üçün Gemini Pro-dan istifadə edəcək. Gemini Ultra-dan istifadə edəcək Bard Advanced 2024-cü ilin əvvəlində buraxılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072566
Bu gün
Bu həftə
Bu ay
Ümumi
20
5544
2435
1072566
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi