Çərşənbə axşamı, 16 Sentyabr 2025

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə Kanadada ilk 2 xəstəyə Neuralink implantları quraşdırılıb. Bu implantlar onlara bədən hissələrinin iflici şəraitində kompüter idarə etməyə kömək edəcək.

Neuralink həmçinin Böyük Britaniya ərazisində beyin implantlarının klinik sınaq proqramına başlayacaq. ABŞ-da şirkət hələ 2022-ci ildə implantların xəstələr üzərində sınaqlarını başlamağa cəhd göstərmişdi, lakin vaxtında zəruri icazələri ala bilmədiyi üçün proqram yalnız 2024-cü ildə işə düşüb. Elon Musk həmçinin bir müddət əvvəl bildirib ki, gələn il ilk xəstə görmə qabiliyyətini qismən bərpa etməyə imkan verən Neuralink-in yeni model implantını əldə edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1776006
Bu gün
Bu həftə
Bu ay
Ümumi
829
4010
22033
1776006
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.