Çərşənbə axşamı, 16 Sentyabr 2025

OpenAI proqramlaşdırma üçün GPT-5-Codex modelini təqdim edib

OpenAI Codex süni intellekt agentinin yenilənmiş versiyasını - GPT-5-Codex-i təqdim edib. Yeni model tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtı dinamik şəkildə bölüşdürə bilir və buna bir neçə saniyədən 7 saata qədər vaxt sərf edir. Yeniləmə artıq ChatGPT Plus, Pro, Business, Edu və Enterprise platformalarının istifadəçiləri üçün terminal, IDE, GitHub və ya ChatGPT vasitəsilə əlçatandır. Məlumata görə, GPT-5-Codex modeli agent əsaslı proqramlaşdırma bacarıqlarını qiymətləndirən

 SWE-bench Verified testlərinin manual yoxlama nəticələrində, həmçinin iri repozitoriyalardan kodların refaktorinqi tapşırıqlarında əvvəlki GPT-5 versiyasını üstələyib. Bundan əlavə, daha az səhv şərh və daha çox mühüm qeydlər müşahidə olunub.

Codex bölməsinin rəhbəri Alexander Embiricos izah edib ki, təkmilləşdirmə modelin dinamik “düşünmə” qabiliyyəti ilə bağlıdır. Belə ki, o, GPT-5-dəki resursları əvvəlcədən bölüşdürən marşrutlaşdırıcıdan fərqli olaraq, tapşırığın həlli üçün lazım olan vaxtı real vaxtda müəyyən edir. Yeniləmə süni intellekt agentinin proqramlaşdırma üçün süni intellekt alətləri bazarındakı mövqelərini möhkəmləndirməyə yönəlib. Bu bazarda rəqabət Claude Code, Anysphere-in Cursor-u və Microsoft-un GitHub Copilot-u kimi məhsullar hesabına daha da güclənib. 2025-ci ildə bu cür alətlər bazarı yüksək tələbat səbəbindən əhəmiyyətli dərəcədə böyüyüb. Cursor-un illik gəliri 500 milyon dollara çatıb, Windsurf AI kod redaktoru isə Google və Cognition AI arasında tərtibatçı komandasını bölüşdürən mürəkkəb satınalma razılaşmasının predmeti olub. Həmçinin bildirilir ki, OpenAI gələcəkdə GPT-5-Codex-ə API vasitəsilə çıxış imkanı təqdim etməyi planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1776119
Bu gün
Bu həftə
Bu ay
Ümumi
942
4123
22146
1776119
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.