Bazar ertəsi, 19 May 2025

5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb

Əsasən kimyəvi zavodlar və neft-qaz sənayesi müəssisələri tərəfindən atılan sənaye tullantı suları mürəkkəb çirkləndirici maddələrdən təşkil edilir. Təbii mikroorqanizmlər bu çirklənmələrlə mübarizə apara bilmir, lakin Çindən olan bioloqlar komandası bu sahədə irəliləyişə nail olublar. Onlar yüksək duzluluğa malik tullantı sularında 5 müxtəlif tip orqanik çirkləndiricini eyni vaxtda parçalaya bilən yeni bir bakteriya ştammı yaradıblar. Kimya və neft-qaz sənayesinə məxsus sənaye müəssisələrinin tullantı sularında adətən bərk asılı maddələr, orqanik birləşmələr, ağır metallar, toksik kimyəvi maddələr və qida duzları olur.

 Təbii bakteriyalar yalnız bir və ya iki növ çirkləndiricini parçalaya bildiyi üçün, qarışıq çirklənmələrə - məsələn, neft, ağır metallar və radioaktiv maddələrə qarşı effektsiz qalırlar. Bu problemi həll etmək üçün Çin Elmlər Akademiyasının Şençjendəki Ən Yeni Texnologiyalar İnstitutu və Şanxay Ciaotun Universitetindən olan tədqiqat qrupu sintetik biologiya üsullarından istifadə edərək modul metabolik yollarla təchiz olunmuş bakteriya ştammı yaradıb. Onlar eyni bakteriya daxilində 5 süni parçalanma yolunu birləşdirərək eyni anda növbəti tipik aromatik çirkləndiriciləri parçalamağa nail olublar: Bifenil, fenol, naftalin, dibenzofuran və toluol.

Məlumata görə, aparılmış təcrübi yoxlamalar yaradılmış bakteriya ştammının yüksək effektivliyini nümayiş etdirib. 48 saat ərzində bu ştamm bütün 5 hədəf çirkləndiricinin 60%-dən çoxunu aradan qaldıra bilib, bifenili tam parçalayaraq, toluol və dibenzofuran kimi mürəkkəb birləşmələri isə təxminən 90% səviyyəsində parçalayaraq. Tədqiqatçılardan biri olan Dai Junbiao bildirib ki, bu sintetik bakteriya ətraf mühitin mühafizəsi sahəsində, o cümlədən neft sızmalarının aradan qaldırılması, sənaye sahələrinin bərpası və mikroplastikin bioloji parçalanması istiqamətlərində geniş tətbiq potensialına malikdir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609374
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1207
3949
25849
1609374
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.