Bazar ertəsi, 19 May 2025

Google uzun aradan sonra ilk dəfə loqosunu dəyişdirib!

Google, nəhayət, illərdir dəyişməz qalan “G” loqosuna yeni bir toxunuş edib. Belə ki, yeni loqo dizaynında hamar rəng keçidləri var. Google 10 illik fasilədən sonra ilk dəfə ikonik “G” loqosunu yeniləyib. Bu dəfə dörd rəngi bir-birindən kəskin şəkildə ayırmaq əvəzinə, yumşaq keçidlərlə rənglərin bir-birinə qarışdığı daha axıcı və müasir dizayna keçib.

Google-un yenilənmiş simvolu ilk olaraq iPhone istifadəçilərinə çatıb. iOS-da Google Axtarış tətbiqinin ən son yeniləməsi ilə loqo dəyişib.

Android tərəfində isə Google tətbiqinin 16.18 beta versiyası ilə istifadəçilərə təqdim edilib. Yeni ikona qırmızıdan sarıya, sarıdan yaşıla və yaşıldan maviyə hamar rəng keçidlərini təqdim edir. Yeni rəng keçidlərinin Google-un Gemini-də istifadə edilən rəng palitrasına bənzədiyi deyilir. Yeni G loqosu proqramdan tez-tez ana ekranda istifadə edənlər üçün kiçik, lakin nəzərə çarpan bir yenilik kimi seçilir.

Qeyd edək ki, hazırda Google şirkətinin Google olaraq yazılan əsas loqotipində heç bir dəyişiklik mövcud deyil. Belə ki, Chrome və Maps kimi digər proqramların da loqolarında oxşar rəng keçidinin olub-olmayacağı hələlik məlum deyil. Xatırladaq ki, Google təxminən 10 il əvvəl müasir Google loqosunu elan etmişdi. Hansı ki, bu loqo texnologiya nəhəngi tərəfindən Product Sans olaraq adlandırılmışdı. Əslində indi yenilənmiş loqo da əvvəlki ilə eynidir. Sadəcə burada rənglər xətlər ilə ayrılmaq əvəzinə yumşaq keçidlər ilə ayrılıb.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609384
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1217
3959
25859
1609384
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.