Bazar ertəsi, 19 May 2025

“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub

“Similarweb” şirkətinin tərtib etdiyi siyahıya əsasən “ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.

İstifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir. Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.

Reytinqin ilk pilləsində “Google” axtarış sistemi qərarlaşıb. Burada istifadəçilər orta hesabla 10 dəqiqə 31 saniyə vaxt keçirirlər və bir ziyarət zamanı 8,91 səhifəyə baxırlar. “Google” saytını yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 26,57-dir.

 Populyarlığa görə ikinci yerdə “YouTube” yer alıb. Platformada bir sessiyanın orta müddəti 20 dəqiqə 18 saniyə təşkil edir və istifadəçilər orta hesabla 13,15 səhifəyə baxış keçirirlər. Saytı bir səhifədən sonra tərk edənlərin faizi isə 20,49-dur.

Ən populyar üç sosial şəbəkə arasında “Facebook” və “Instagram” da var. “Facebook”da istifadəçilər orta hesabla 10 dəqiqə 42 saniyə vaxt keçirirlər və 13,53 səhifəyə baxırlar. Bu göstəricilər “Instagram” üçün 8 dəqiqə 37 saniyə və 13,38 səhifədir. “Facebook”da bir səhifəyə baxdıqdan sonra saytı tərk edənlərin faizi 29,78, “Instagram”da isə 33,12-dir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609189
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1022
3764
25664
1609189
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.