İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib
 Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəlirlər. Bu məsələdə Windows 11 istisna olmayıb. Dələduzlar və hackerlər artıq bu vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, internetdə yeni əməliyyat sisteminin saxta quraşdırılma obrazı ortaya çıxıb. Onu yükləyən istifadəçi isə öz kompüterini müxtəlif növ zərərli proqram təminatı ilə yoluxdurur. Kaspersky Lab.-ın verdiyi məlumata əsasən internetdə aktiv şəkildə 86307_windows 11 build21996.1 x64 adlı fayl yayılıb. Sözügedən faylın həcmi 1.75 GB təşkil edir.
Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəlirlər. Bu məsələdə Windows 11 istisna olmayıb. Dələduzlar və hackerlər artıq bu vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, internetdə yeni əməliyyat sisteminin saxta quraşdırılma obrazı ortaya çıxıb. Onu yükləyən istifadəçi isə öz kompüterini müxtəlif növ zərərli proqram təminatı ilə yoluxdurur. Kaspersky Lab.-ın verdiyi məlumata əsasən internetdə aktiv şəkildə 86307_windows 11 build21996.1 x64 adlı fayl yayılıb. Sözügedən faylın həcmi 1.75 GB təşkil edir.


 Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib.
Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib. Qualcomm şirkəti ASUS-un dəstəyi ilə birlikdə hazırladığı ilk smartfonunu təqdim edib. Smartfonda Qualcomm-un ən aparıcı texnologiyalarından istifadə olunub və onun əsas kütləsi Snapdragon insayderləridir. Qualcomm-un sözlərinə əsasən bütün dünyada 1.6 milyon nəfər Snapdragon insayderi mövcuddur. Söhbət, online forumlarda aktiv iştirak edən və Qualcomm-un yeni məhsulları barəsində ilk məlumatları əldə edən insanlardan gedir.
Qualcomm şirkəti ASUS-un dəstəyi ilə birlikdə hazırladığı ilk smartfonunu təqdim edib. Smartfonda Qualcomm-un ən aparıcı texnologiyalarından istifadə olunub və onun əsas kütləsi Snapdragon insayderləridir. Qualcomm-un sözlərinə əsasən bütün dünyada 1.6 milyon nəfər Snapdragon insayderi mövcuddur. Söhbət, online forumlarda aktiv iştirak edən və Qualcomm-un yeni məhsulları barəsində ilk məlumatları əldə edən insanlardan gedir.  İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər.
İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər.  Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər.
Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər. 
 



