Çərşənbə, 18 İyun 2025

Android-in yeni funksiyası tətbiqləri internet qoşulmasız digər istifadəçilərə göndərmək imkanını verəcək

Bu ilin yay fəslində Google şirkəti məlumatların sürətli mübadiləsi üçün Nearby Sharing funksiyasının beta testini iş salmışdı. Bu funksiya bir Android cihazdan digərinə sürətli foto, video və linklərin ötürülməsi imkanını verir. İndi isə Google şirkəti bu funksiyanın imkanlarının genişləndirdiyini elan edib. Belə ki, istifadəçilər digərləri ilə Google Play tətbiqlərini bölüşə biləcəklər. Google bu yeni özəlliyin texniki təfərrüatları barəsində məlumat verməyib. Lakin şirkət bildirib ki, bu özəllik yaxın zamanda təqdim olunacaq yenilənmənin vacib funksiyalarından biri olacaq.

Ardını oxu...

Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki özəllikləri ortaya çıxıb

 

İnternetdə Xiaomi-nin yeni flaqman smartfonları olacaq Mi 11 və Mi 11 Pro modellərinin texniki özəllikləri ortaya çıxıb. Belə ki, insayderlərdən biri öz Twitter hesabında sözügedən smartfonların texniki özəlliklərini özündə əks etdirən cədvəli təqdim edib. Beləliklə məlumata əsasən hər iki smartfon 6 düymdən aşağı olmamaqla kənarları əyilmiş AMOLED ekran əldə edəcək. Ekranlar 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Adi Mi 11 modeli 4780 mAh, Mi 11 Pro modeli isə 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Ardını oxu...

Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki özəllikləri təqdim olunub

 

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun bütün texniki özəlliklərini təqdim etdi. Yeni prosessorda edilmiş dəyişikliklər bütün aparıcı özəllikləri əhatə edir. Mərkəzi prosessor ilə qrafik çipin performans göstəricilərinin yüksək səviyyəyə qaldırılmasından əlavə olaraq Snapdragon 888 həmçinin flaqman smartfonların kameralarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub və yüksək performansa sahib süni zəka modulu ilə təchiz olunub.

Ardını oxu...

Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

 

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdragon 888 adlı yeni flaqman mobil prosessorunu anons etdi. Gözlənilirdi ki, şirkət yeni flaqman prosessorunu Snapdragon 875 adlandıracaq. Lakin heç gözlənilmədən yeni mobil prosessor digər adı əldə edib. Bundan əlavə olaraq tədbirdə digər anonslar da baş verib. 

Ardını oxu...

Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdim ediblər

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Beləliklə təqdim edilmiş hesabat üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1649486
Bu gün
Bu həftə
Bu ay
Ümumi
964
6059
22762
1649486
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.