Cümə, 24 Sentyabr 2021

Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi.

Statistikaya əsasən aktiv Android cihazların 1%-i məhz Android Jelly Bean vasitəsilə çalışır. 2012-ci ildə Android Jelly Bean təqdim olunan zaman Google şirkəti onun interfeys dizaynını tamamilə dəyişmişdi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

258721
Bu gün
Bu həftə
Bu ay
Ümumi
482
4933
17162
258721
© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi