Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verilib
 Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çımağa başlayıb. Məşhur analitik Ming-Chi Kuo tərəfindən verilmiş yeni məlumata əsasən Apple şirkətinin qarışıq reallıq cihazı şarj prosesi üçün 96 vatt gücündə olan adapterdən istifadə edəcək. Qeyd etmək lazımdır ki, 14 düym ekrana sahib olan aktual MacBook Pro modeli də bu cür adapter vasitəsilə şarj olunur. Qarışıq reallıq cihazının bu cür güclü şarj adapterindən istifadə edəcəyini analitikin əvvəlki fikirləri də sübut edirlər.
Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çımağa başlayıb. Məşhur analitik Ming-Chi Kuo tərəfindən verilmiş yeni məlumata əsasən Apple şirkətinin qarışıq reallıq cihazı şarj prosesi üçün 96 vatt gücündə olan adapterdən istifadə edəcək. Qeyd etmək lazımdır ki, 14 düym ekrana sahib olan aktual MacBook Pro modeli də bu cür adapter vasitəsilə şarj olunur. Qarışıq reallıq cihazının bu cür güclü şarj adapterindən istifadə edəcəyini analitikin əvvəlki fikirləri də sübut edirlər.



 Qualcomm şirkəti ultrasəs texnologiyası əsasında çalışan yeni nəsil barmaq izi skanını təqdim edib. Təqdim edilmiş yeni nəsil barmaq izi skanı texnologiyası 3D Sonic Max adlanır. Sözügedən barmaq izi skanı texnologiyasının əsas özəllikləri arasında onun ekran üzərində daha çox sahəni əhatə etməsi, daha yüksək səviyyəli təhlükəsizliyə sahib olması və barmaq toxunuşuna yüksək sürətlə reaksiya verməsi var. Optik barmaq izi skanından fərqli olaraq ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı öz yüksək etibarlılığı ilə seçilir. Belə ki, sözügedən texnologiya barmaq izinin strukturunu skan edə bilir. 0.2 mm qalınlığa sahib 3D Sonic Max istənilən növ smartfon ekranı ilə uyğunlaşa bilir.
Qualcomm şirkəti ultrasəs texnologiyası əsasında çalışan yeni nəsil barmaq izi skanını təqdim edib. Təqdim edilmiş yeni nəsil barmaq izi skanı texnologiyası 3D Sonic Max adlanır. Sözügedən barmaq izi skanı texnologiyasının əsas özəllikləri arasında onun ekran üzərində daha çox sahəni əhatə etməsi, daha yüksək səviyyəli təhlükəsizliyə sahib olması və barmaq toxunuşuna yüksək sürətlə reaksiya verməsi var. Optik barmaq izi skanından fərqli olaraq ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı öz yüksək etibarlılığı ilə seçilir. Belə ki, sözügedən texnologiya barmaq izinin strukturunu skan edə bilir. 0.2 mm qalınlığa sahib 3D Sonic Max istənilən növ smartfon ekranı ilə uyğunlaşa bilir. “Wi-Fi” fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. “Wi-Fi” texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə “Wi-Fi” şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.
“Wi-Fi” fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. “Wi-Fi” texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə “Wi-Fi” şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər. Minerva Labs ekspertləri məşhur Telegram messencerinin ziyankar quraşdırma proqramları barədə xəbərdarlıq edir. Mütəxəssislərin sözlərinə görə, proqramın troyanlı versiyası Windows sistemində Purple Fox backdoor-nu (“arxa qapı”) quraşdırır. Purple Fox ilk dəfə 2018-ci ildə tədqiqatçılar tərəfindən aşkar olunmuş, onun antivirus vasitələrini ötüb keçməyə imkan verən funksional imkanları müəyyən edilmişdir. 2021-ci ilin mart ayında qeyd etmişdik ki, Purple Fox operatorları ziyankar proqramın Microsoft Windows-un bütün ekosistemində sərbəst şəkildə yayılması üçün “soxulcan” funksiyasını əlavə etmişdir.
Minerva Labs ekspertləri məşhur Telegram messencerinin ziyankar quraşdırma proqramları barədə xəbərdarlıq edir. Mütəxəssislərin sözlərinə görə, proqramın troyanlı versiyası Windows sistemində Purple Fox backdoor-nu (“arxa qapı”) quraşdırır. Purple Fox ilk dəfə 2018-ci ildə tədqiqatçılar tərəfindən aşkar olunmuş, onun antivirus vasitələrini ötüb keçməyə imkan verən funksional imkanları müəyyən edilmişdir. 2021-ci ilin mart ayında qeyd etmişdik ki, Purple Fox operatorları ziyankar proqramın Microsoft Windows-un bütün ekosistemində sərbəst şəkildə yayılması üçün “soxulcan” funksiyasını əlavə etmişdir. 
 



