Bazar, 22 Dekabr 2024

Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartufon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi: Qualcomm (Snapdragon sedriyası), MediaTek(HelioDimensity seriyaları), Samsung(Exynos seriyası) və Huawei(HiSilicon Kirin) seriyası. Huawei şirkətinin Kirin seriyası öz növbəsində digər mobil prosessor istehsalçılarınn məhsulları ilə ciddi rəqabət apara bilirdi. Lakin daha sonra ABŞ hökuməti Huawei şirkətinə qarşı sərt sanksiyalar tətbiq etdi və şirkəti qara siyahıya saldı.

 Bunun nəticəsində Tayvanın TSMC şirkəti Huawei üçün Kirin prosessorlarının istehsalı imkanından məhrum oldu. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Verilmiş məlumata əsasən Huawei bu il öz prosessor istehsalını geri qaytaracaq. 

Qeyd etmək lazımdır ki, məlumat hansısa insayder tərəfindən verilməyib və internetdə gəzən şayiə deyil. Məlumat rəsmi olaraq Huawei tərəfindən verilib. Şirkət bildirib ki, 2 illik fasilədən sonra o bu il HiSilicon prosessorlarını geri qaytaracaq. Bu barədə məlumat həmçinin şirkətin reklam posterində də qeyd edilib. Lakin sözügedən məsələ ilə bağlı digər bir ətraflı məlumat verilməyib. Şirkət mövcud sanksiyalar şəraitində prosessor istehsalını necə bərpa edəcək? İstehsal ilə hansı şirkət məşğul olacaq? TSMC ilə əməkdaşlıq bərpa olunurmu? Prosessorların adları Kirin olaraq qalacaq yoxsa fərqli ada sahib olacaqlar? Təəssüflər olsun ki, şirkət bütün bu sualları hələ cavablandırmayıb.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354628
Bu gün
Bu həftə
Bu ay
Ümumi
364
13000
34690
1354628
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.