Şənbə, 20 Aprel 2024

Windows 11-də Android tətbiqlərin dəstəyi yaxın zamanda geniş istifadəçi kütləsi üçün istifadəyə veriləcək

Windows 11-in geniş istifadəçi kütləsinə gələn ay Android tətbiqlərin işə salınmaları üçün nəzərdə tutulmuş sistemin ilkin versiyası istifadəyə veriləcək. Məlumat verilir ki, bu barədə məlumatı Microsoft şirkətinin məhsullar üzrə direktoru Panos Panay verib. Panos Panay bildirib ki, söhbət, sözügedən sistemin ilkin versiyasından gedir. Bu isə o deməkdir ki, Windows 11-də Android tətbiqlərin işə salınmaları üzrə hazırlanmış sistemin beta testi hələ sonlandırılmayıb. Burdan da belə qənaətə gəlmək olar ki, həmin sistemdən istifadə edəcək istifadəçilər müəyyən problemlər ilə qarşılaşa bilərlər. Qeyd etmək lazımdır ki, Microsoft sözügedən sistemin beta testinə keçən ilin oktyabr ayında start vermişdi.

 Beta testin startında bu imkandan yararlanmış istifadəçilər üçün Amazon App Store-dan məhdud sayda Android tətbiqin yüklənməsinə şərait yaradılmışdı. Lakin gələn ay geniş istifadəçi kütləsi üçün istifadəyə veriləcək sistemin ilkin versiyasında da bu cür məhdudiyyətin olub-olmayacağı bilinmir. Qeyd etmək lazımdır ki, bacarıqlı istifadəçilər hətta Windows 11-ə Android tətbiqləri Google Play Store-dan da yükləməyin yolunu aşkar ediblər. Bundan əlavə olaraq Windows 11-in Taskbar panelinə gələn ay yeni imkanlar da əlavə ediləcək. Məsələn sözügedən panelə səsi yandırıb/söndürmə düyməsi əlavə ediləcək. Bununla yanaşı saatın bir neçə monitorda əks olunması imkanı da istifadəyə veriləcək. Windows 11-in istifadəyə verildiyi zaman sözügedən imkanlar mövcud deyildilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1061818
Bu gün
Bu həftə
Bu ay
Ümumi
919
4770
17644
1061818
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi