Cümə axşamı, 16 Oktyabr 2025

İnsanın ürək döyüntülərinin tezliyini Wi-Fi siqnalı vasitəsilə ölçən sistem hazırlanıb

Santa Klara Kaliforniya Universitetinin gənc tədqiqatçılar qrupu informatika və hesablama texnikası professoru Katia Obraczka-nın rəhbərliyi altında Pulse-Fi adlı sistem hazırlayıb. Bu sistem Wi-Fi siqnalının analizi vasitəsilə insanın ürək döyüntülərinin tezliyini təmassız ölçməyə imkan verir. Sistemin işləməsi üçün onlar ESP32 naqilsiz mikrokontrollerindən əldə edilən məlumatların machine learning alqoritmi ilə emalını təklif ediblər. Bu alqoritm Wi-Fi siqnalının təhriflərini 5 saniyə ərzində təhlil etdikdən sonra insanın ürək döyüntülərinin tezliyi ilə bağlı təxminlər verməyə başlayıb və nəticələrdə dəqiqlik təxminən yarım döyüntü/dəqiqə səviyyəsində olub. Daha uzunmüddətli müşahidələr və daha güclü Wi-Fi avadanlıqlarından istifadə zamanı isə xətanın daha da azaldılması mümkün olub.

Nəticədə əldə edilən məlumatların dəqiqliyi əksər həkimlərin istifadə etdikləri pulsoksimetrlərin dəqiqliyi ilə müqayisə oluna bilər. Pulsoksimetrlər ürək döyüntülərinin tezliyini və qanın oksigenlə doyma səviyyəsini ölçür, lakin birbaşa təmas tələb edir və adətən barmağa taxılır. Hazırda Pulse-Fi layihəsinin müəllifləri nəfəs tezliyini ölçmək üçün sistem qurmağa çalışırlar. Bu, adətən portativ monitorlardan istifadəni tələb edən yuxu apnoesini müəyyənləşdirməyə kömək edəcək. Əgər tədqiqatçılar bu məsələni də naqilsiz siqnalın analizi əsasında həll edə bilsələr, bu sindromun aşkarlanması və diaqnostikası daha rahat və sadə olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1828697
Bu gün
Bu həftə
Bu ay
Ümumi
953
7647
27090
1828697
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.