Çərşənbə, 05 Fevral 2025

Papaq ilə smartfonlarınızı şarj edə biləcəksiniz: EcoFlow Power Hat!

Xüsusilə yaz aylarında əvəzolunmaz bir əşya olan papaq, bu günə qədər soyutma cihazı kimi istifadə olunması üçün fərqli layihələrdə yer alıb. Belə ki, papaq su püskürtmə cihazı, papaq fanlardan sonra indi də günəş enerjisi ilə işləyən papaq təqdim edilib. Belə ki, CES2025 sərgisində EcoFlow Power Hat adı ilə sərgilənən papaq ilə smartfonlarınızı şarj edə biləcəksiniz.

EcoFlow Power Hat, xüsusi olaraq parçaya inteqrasiya olunmuş günəş panelləri ilə təchiz edilib.

Belə ki, istifadə olunan panellər monokristal silisium hüceyrələrindən ibarətdir və 24 faiz səmərəlilik dərəcəsinə malikdir. Papağın altında isə xüsusi konvertor bölməsi də yer alır ki, günəş enerjisini biz müxtəlif cihazları şarj etmək üçün istifadə edə bilək. Hətta, LED bildiriş işığı ilə istifadəçini xəbərdar edən qurğuda bir USB Type-A və bir USB Type-C portu var. Beləliklə, yenə təqdim olunan EcoFlow Power Hat adlı papaq ilə smartfonlarınızı istədiyiniz vaxt günəş enerjisi vasitəsi ilə şarj edə biləcəksiniz.

Qeyd edək ki, təqdim olunan günəş enerjisi ilə işləyən bu papaq daxili batareyaya sahib olmadığı üçün birbaşa olaraq cihazlarınızı paneldən şarj etmək lazım gəlir. Yəni açıq havada şarj olmadan qalmamağınızı təmin edən günəş enerjili papaq yenə də hərəkət halında olduqda istifadə üçün çox əlverişli hesab oluna bilməz. Belə ki, bu günəş enerjisi ilə işləyən papaqdan sadəcə oturub istirahət edərkən smartfon və digər cihazlarınızı şarj etməyiniz məqsədəuyğun hesab olunur. Bu cihazın qiyməti isə 129 dollar olaraq təyin edilib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1427096
Bu gün
Bu həftə
Bu ay
Ümumi
2392
5985
9386
1427096
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.