Şənbə, 21 Dekabr 2024

Google öz servislərindəki istifadəçi əməliyyatlarının tarixçələrini şifrələmək imkanını istifadəyə verib

Google şirkəti istifadəçilər üçün konfidensiallıq imkanlarının genişləndirilməsini anons edib. Belə ki, bundan sonra istifadəçilər Google servisləri daxilində reallaşdırmış olduqları əməliyyatlarının tarixçələrini xüsusi şifrə ilə qoruya və ya ümumilikdə həmin tarixçələrin yaddaşda saxlanılmasını deaktiv edə biləcəklər. Konfidensiallıq imkanlarını əhatə edən bu yeni funksiya Google şirkətinin saytlarında, servislərində, tətbiqlərində reallaşdırılmış əməliyyatların tarixçələrini, axtarış sorğularının tarixçələrini, Youtube platformasında baxış tarixçələrini və Google Assistant səsli köməkçisinə verilmiş sualların tarixçələrini əhatə edir.

Bundan əlavə olaraq şirkətin servislərindən istifadə məlumatlarının saxlanması imkanını deaktiv etmək özəlliyi də istifadəçilərə təqdim olunacaq. Sözügedən yeni funksiyanın aktivləşdirilməsi prosesi My Activity bölməsində olan Data & Personalization bəndində reallaşdırılır. Funksiyanın aktivləşdirilməsi barəsində ətraflı məlumat Google şirkətinin saytının Account Help hissəsində əks olunub. Qeyd etmək lazımdır ki, daha əvvəllər bu və ya digər kompüter ilə smartfona giriş imkanına sahib olmuş şəxs həmin cihazlardakı Google servislərindən istifadə tarixçələrini əldə edə bilərdi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353944
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1302
12316
34006
1353944
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.