Bazar, 22 Dekabr 2024

Huawei P50 Pocket adlı yeni qatlana bilən smartfonun real fotoları ortaya çıxıb

Huawei şirkətinin P50 Pocket adlı yeni qatlana bilən smartfonunun təqdimat tarixinin elan edilməsindən sonra onun real fotoları da internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar şirkətin yeni qatlana bilən smartfon modelinin dizaynını qiymətləndirməyə imkan verirlər. Honor P50 Pocket-in əsas özəlliklərindən biri də o olacaq ki, onun gövdəsi işığı əks etdirən parlaq örtüyə sahib olacaq. Bununla yanaşı smarfonun qatlanma konstruksiyasında xrom materialdan hazırlanmış elementlər mövcud olacaq. Artıq fotolardan da bəllidir ki, P50 Pocket-in xarici görünüşü Galaxy Z Flip-i xatırladacaq. Smartfon gövdəsinin xarici hissəsində dairəvi formalı biki böyük sahə mövcuddur. Birinci sahədə smartfonun kameraları, ikinci sahədə isə köməkçi ekranı yerləşdirilib.

Köməkçi ekranda saat, zənglər və bildirişlər barəsində məlumatlar əks olunacaq. Gözləntilərə əsasən smartfon noutbuk rejiminin dəstəyinə sahib olacaq. Bu halda smartfonu 90 dərəcə qatlanmış vəziyyətdə istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, P50 Pocket-in təqdimatı 23 dekabr tarixində baş tutacaq. Onun qiyməti barəsində hələ heç bir dəqiq məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354707
Bu gün
Bu həftə
Bu ay
Ümumi
443
13079
34769
1354707
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.