Şənbə, 19 Aprel 2025

Avropada istehsal edilən Nokia televizorları elan edildi!

Nokia bu dəfə televizor sahəsində rəqabətə girir. Belə ki, Avropada Nokia lisenziyası ilə televizorları və Android TV qutuları istehsal edən StreamView şirkəti yeni modellərini elan edib. Belə ki, ölçüləri 24 ilə 43 düym arasında olan televizorlar ucuz və sərfəli televizor axtaranlar üçün istehsal olunub. Ümumiyyətlə son illərdə StreamView şirkəti nokia lisenziyası ilə ağıllı televizor və android tv qutuları istehsal etməyə başlayıb.

StreamView-un yeni avropada istehsal edilən Nokia televizorları 24-43 düym arasında ölçülərə sahib olsa da, 24 və 39 düymlük modellər HD təsvir ölçüsünə malikdir. Habelə 43 düymlük model FHD təsvir ölçüsü ilə gəlir. Onu da qeyd edək ki, 32 düymlük model həm HD, həm də FHD təsvir ölçüsü seçimi təklif edir. Beləliklə, 12 volt enerji təchizatı ilə təchiz edilmiş televizorlar sadə və ucuz televizor axtaranlar üçün Nokia yeni bir seçim təklif edir.

Android smartfonlarda istəmədiyiniz tətbiqləri gizlədə biləcəksiniz!

Google indi Android ekosistemi üçün Private Space adlı yeni funksiya hazırlayır. Belə ki, yeni funksiya ilə istifadəçilər android smartfonlarında istəmədikləri tətbiqləri gizlədə biləcəklər. Hələlik isə bu funksiyanın nə zaman istifadəyə veriləcəyi məlum deyil. Ümumiyyətlə ABŞ mərkəzli texnologiya nəhəngi Google ötən aylarda buraxdığı Android 14 üzərində yeniliklər etməyə davam edir. Google indi Android 14 QPR2 Beta 2 versiyasında yeni funksiyasını açıqlayıb. “Şəxsi Sahə” adlanan funksiya bəzi istifadəçilər üçün əvəzolunmaz yenilikdir.

Ümumiyyətlə istifadəçilər Android smartfonlarına daim yeni tətbiqlər və proqramlar quraşdırır. Bəzən isə bu tətbiqlərdən bəzilərini gizli saxlamaq lazım gəlir.

Ardını oxu...

Google ən bacarıqlı süni intellekti Gemini modelini təqdim edib!

OpenAI şirkətinin qabaqcıl GPT-4 modelini əvəz edəcəyi gözlənilən süni intellekt 3 fərqli modeldə, Gemini Ultra, Pro və Nano kimi təqdim olunur. Qeyd edək ki, Google şirkətinin yeni süni intellekt modelinin təqdimatı təxirə salınmışdı. Daha doğrusu bununla bağlı xəbərlər ortaya çıxmışdı. Məhz buna görə də yeni süni intellekt modelinin təqdim edilməsi hərkəs üçün sürpriz oldu.

Yeni Gemini süni intellekti ilk olaraq Pixel 8 pro modellərində əlçatan olacaq. Habelə mobil cihazlarda süni intellektin sadəcə Nano versiyası əlçatan olacaq.

Ardını oxu...

Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya səsli mesajları əhatə edir. Belə ki, messencerdə avtomatik şəkildə silinən səsli mesajlar funksiyası istifadəyə verilib. Avtomatik şəkildə silinən səsli mesajı göndərmək üçün istifadəçi mesajı göndərməmişdən öncə müvafiq işarəyə klikləməlidir. Bu cür səsli mesajı qəbul edəcək şəxs isə ona qulaq asandan sonra mesaj avtomatik silinəcək. Sözügedən funksiyanı konfidensial məlumatların ötürülməsində istifadə etmək olar. Bundan əlavə olaraq avtomatik silinən səsli mesajı qəbul etmiş şəxs ona 14 gün ərzində qulaq asmalıdır. İstifadəçi 14 gün ərzində bunu etmədiyi halda mesaj silinəcək. Sözügedən funksiya yaxın günlərdə bütün Whatsapp istifadəçiləri üçün aktiv olacaq.

Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq

 
Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir. Söhbət, olduqca köhnə Android versiyalar vasitəsilə çalışan smartfonlardan gedir. İnsayderlər aşkar ediblər ki, yaxın zamanda Android 7.0 Nougat və ondan daha əvvəlki Android versiyalarına sahib smartfonların istifadəçiləri Google Calendar tətbiqindən daha istifadə edə bilməyəcəklər. Tətbiq daxilinə artıq UnsupportedOperatingSystem__enabled adlı bənd əlavə edilib.
Həmin bəndə klikləyən zaman isə istifadəçiyə Android 8.0 Oreo-ya və ya ondan sonra istifadəyə verilmiş digər Android versiyalardan birinə keçid etmək məsləhəti təqdim edilir. Şirkətin bu addımı böyük ehtimal təhlükəsizlik ilə bağlıdır. 
Belə ki, köhnə Android versiyaları kiberhücumlara və məlumat sızıntılarına daha həssasdırlar. Google öz növbəsində Calendar tətbiqinin köhnə Android versiyalarında dəstəyinin nə zaman dayandırılacağı barəsində hələ rəsmi bir məlumat verməyib.
 
 
 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1563461
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1778
14029
33580
1563461
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.