Zəlzələ olmamışdan əvvəl smartfonunuza bildiriş gələcək - Google'dan yeni tətbiq
Google, Android cihazlarından istifadə edərək zəlzələ xəbərdarlığı sisteminin üzərində işləyir.
Google bahalı seysmometrləri Android ilə işləyən qurğularla əvəz etmək istəyir - smartfonlara quraşdırılmış akselerometrlər seysmik vibrasiyaya çox həssasdır - zəlzələ episentrindən ən zəif, birinci və ikinci, güclü dalğaları tanıya bilirlər.
Öz alqoritmlərdən istifadə edərək, Google minlərlə cihazdan məlumat toplayacaq, onu emal edəcək və zəlzələnin həqiqətən baş verdiyinə əmin olduqdan sonra istifadəçilər xəbərdarlıq alacaqlar.
Bundan əlavə, Google daha da əmin olmaq üçün istifadəçilərin zəlzələ ilə bağlı yerli axtarışlarını izləyərək zəlzələnin həqiqətən baş verdiyini öyrənəcək.
Google-un smartfonlardakı məlumatlara əsaslanan seysmik sistemi nə zaman işə salınacağı hələlik bildirilmir.