Bazar, 22 Dekabr 2024

Microsoft şirkəti Windows-un ən məşhur funksiyalarından birinin imkanlarını genişləndirəcək

 

Ctrl+V və Ctrl+C düymələrinin kombinasiyası Windows istifadəçilərinə çoxdan məlumdur. Ənənəvi funksiyanı yerinə yetirən bu mexanizm uzun illərdir heç dəyişməyib. Lakin Windows 10-un istifadəyə verilməsi ilə kompüter sahibləri bu alətlərlə qarşılıqlı əlaqə üzrə genişləndirilmiş imkanlar əldə ediblər. Yaxın zamanda isə Microsoft şirkəti sözügedən düymələrin kombinasiyaları nəticəsində işə düşən ənənəvi funksiyanın imkanlarını genişləndirəcək.

 

 Beləliklə Windows 10-un 20185 kod nömrəli test versiyasında təkmilləşdirilmiş mübadilə buferi (clipboard) paneli ortaya çıxıb.

Təkmilləşdirilmiş panel ənənəvi funksiyanın çalışma prinsipini dəyişəcək. Belə ki, yeni versiyada əməliyyat sistemi öz müddətli yaddaşında mətnlə yanaşı həmçinin təsvirləri və HTML kontenti saxlaya biləcək. Bu yeni özəllik sayəsində istifadəçilər Gboard klaviaturasındakı kimi smaylikləri və GIF animasiyaları kopyalayıb digər yerə köçürə biləcəklər (copy+paste).

 İstəyə uyğun olaraq mübadilə buferinin tarixçəsini silmək olar və bununla yanaşı bufer mübadiləsi tarixçəsini ümumiyyətlə deaktiv etmək olar. Mübadilə buferində saxlanan kontentlərə keçid etmək üçün istifadəçilər sadəcə olaraq Windows+V kombinasiyasını reallaşdırmalıdırlar. Bunu etmək artıq mümkündür. Bununla yanaşı mübadilə buferində olan kontentləri Windows 10 dəstəkli digər cihazlarda da istifadə etmək olar. Bu yeni funksiyanın növbəti Windows 10 yenilənməsində olacağı gözlənilir. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354774
Bu gün
Bu həftə
Bu ay
Ümumi
510
13146
34836
1354774
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.