Cümə, 14 Mart 2025

Google Play və App Store-da məlumatları oğurla bilən virus aşkar edilib

Kaspersky şirkətinin mütəxəssisləri yeni bir mobil virus aşkar ediblər. Bu virus kriptovalyuta portmanatlarından məlumat oğurlamaq üçün nəzərdə tutulub və müxtəlif tətbiqlərin tərkibində Google Play-dən 242 000 dəfədən çox yüklənib. Lakin ən maraqlı məqam ondan ibarətdir ki, bu virus App Store-da da aşkarlanıb. Bu, Apple-ın rəsmi tətbiq mağazasına belə bir virusun daxil olması ilə bağlı ilk məlum hadisədir. Kaspersky mütəxəssislərinin sözlərinə görə, SparkCat adlı bu virus süni zəka texnologiyalarından istifadə edərək cihazdakı şəkilləri analiz edir və kriptovalyuta portmanatlarına giriş üçün lazım olan məlumatları axtarır.
Məsələn, o, adətən 12 və ya 24 təsadüfi sözdən ibarət olan "seed phrase" (bərpa ifadələri) tapmağa çalışır. Hakerlər bu zərərli proqram təminatını messencerlər, süni zəka köməkçiləri, qida çatdırılma xidmətləri və digər tətbiqlərin adı altında yayırdılar. "App Store-a mütəmadi olaraq müxtəlif fırıldaqçılıq və dələduzluq tətbiqləri sızırdı, lakin bu, rəsmi mağazadakı tətbiqlərə istifadəçi məlumatlarını oğurlayan zərərli proqram təminatının inteqrasiya edildiyi ilk məlum hadisədir" - deyə Kaspersky mütəxəssisi  Sergey Puzan bildirib. Hazırda məlum deyil ki, bu tətbiqlər kiberhücum nəticəsində yoluxub, yoxsa tərtibatçılar qəsdən bu troyan virusunu tətbiqlərinə daxil ediblər. Bəzi xidmətlər, məsələn, qida çatdırılma tətbiqləri tamamilə qanuni görünür, digərləri isə açıq şəkildə istifadəçiləri aldatmaq üçün nəzərdə tutulub.

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

1498223
Bu gün
Bu həftə
Bu ay
Ümumi
456
10430
27469
1498223
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.