Cümə, 14 Mart 2025

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək

Masdar və Emirates Water and Electricity Company (EWEC) şirkətləri dünyanın ilk irimiqyaslı layihəsinin işə salındığını elan ediblər. İşə salınmış layihə özündə günəş batareyaları ilə enerji saxlama sistemlərini birləşdirir və o, 24/7 ərzində Əbu-Dabini elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. Layihə 5.2 giqavat gücündə günəş elektrostansiyasının və 19 giqavat-saat həcmli enerji saxlama sisteminin inşasına hədəflənib. Bu öz növbəsində bərpa olunan enerji mənbələrindən gündəlik 1 giqavat enerji gücünü təmin etməyə imkan verəcək. İnşa ediləcək bu obyektlər 52.44 kvadrat kilometrlik sahədə yerləşəcəklər.
“Birləşmiş Ərəb Əmirliklərində Masdar şirkəti tərəfindən hazırlanmış bu rekord miqyaslı layihə 10 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verərək innovasiyalar ilə iqtisadi yüksəlişi stimullaşdıracaq” - deyə layihənin müəllifləri qeyd ediblər. Məlumatda qeyd edilib ki, bu layihə çərçivəsində ərsəyə gətiriləcək elektrostansiya həm gündüz həm də gecə fasiləsiz şəkildə təmiz enerjini ötürməklə bərpa olunan enerji mənbələrinin qeyri-stabillik problemlərini aradan qaldıracaq. Qeyd etmək lazımdır ki, sözügedən layihənin dəyəri 6 milyard dollar təşkil edir və onun 2027-ci ildə yekunlaşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub. Layihə Birləşmiş Ərəb Əmirliklərinin 2050-ci ilə kimi olan energetika strategiyasının bir hissəsinə çevriləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1498719
Bu gün
Bu həftə
Bu ay
Ümumi
952
10926
27965
1498719
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.