Çərşənbə, 05 Fevral 2025

Google Search-ün axtarış səhifəsinə süni zəka rejimi əlavə ediləcək

Bu rejim ənənəvi axtarış nəticələrini təqdim etmək əvəzinə istifadəçiyə süni zəka əsaslı çat-botla dialoq imkanını təklif edəcək. Çat-bot isə öz növbəsində istifadəçinin suallarına cavab verəcək. Məlumata əsasən süni zəka rejimi axtarış nəticələri səhifəsinin yuxarısında “All”, “News”, “Images”, “Videos” və s. seçimlərin əks olunduqları hissədəki menyu vasitəsilə işə düşəcək.
Şirkətin Gemini adlı süni zəka əsaslı köməkçisində olduğu kimi axtarış səhifəsindəki süni zəka da öz cavablarını müvafiq saytlara olan linklərlə birlikdə təqdim edəcək və həmçinin sorğuların qeyd edilməsinə istiqamətlənmiş ikinci yazı sahəsini təklif edəcək.İkinci yazı sahəsində istifadəçi bu və ya digər mövzu ətrafında əlavə suallarını qeyd edə biləcək.
“Hal-hazırda bizim müasir süni zəka modellərimiz inkişaf etməkdə davam edirlər və bütün bu yeni funksiyaların axtarışa inteqrasiyası üzrə möhtəşəm şans mövcuddur” - deyə Google qeyd edib. Qeyd etmək lazımdır ki, Google bu cür addımı OpenAI şirkətinin ChatGPT-yə axtarış sistemini inteqrasiya etməsinə cavab olaraq atır. Google axtarış səhifəsində süni zəka rejiminin nə zaman istifadəyə veriləcəyi bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1426266
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1562
5155
8556
1426266
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.