Cümə, 19 Aprel 2024

“Google” şirkəti “Pixel 4A” smartfonunu təqdim edib

“Google” şirkəti “Pixel 4A” adlı ən ucuz smartfonunu təqdim edib. Ucuz olmasına baxmayaraq, yeni smartfon böyük modelin qabaqcıl kamerası, həmçinin 5,8 düymlük “OLED” displey və “Qualcomm” prosessorla təchiz edilib.

“Pixel 4a” qurğusunun əsas kamerası 12,2 mp-lik sensora malikdir. 1,4 mikrometr piksel ölçüsünə malik matris f/1.7 işığa həssaslıq göstəricisi və optik sabitləşmə sistemi ilə təchiz edilib. Quraşdırılmış linzalar 77°-lik baxış bucağı təmin edir.

“Google”un nümayəndəsi əmin edir ki, smartfon saniyədə 30 kadr olmaqla 4K təsvir ölçülü video çəkmək imkanına malikdir. Həmçinin yenilik “Live HDR “, “Super Res Zoom” və “Night Sight” rejimlərini dəstəkləyir.

“Pixel 4A” smartfonu “Snapdragon 730G” platforması ilə işləyir. Yeni qurğu 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. OLED displeyin təsvir ölçüsü 2340×1080 piksel təşkil edir. İstehsalçı sol yuxarı küncdə 8 mp-lik ön kamera yerləşdirib.

“Google” şirkəti “Pixel 4a” cihazında audio konnektoru saxlayıb. Qurğunun arxa tərəfində barmaq izləri skaneri yerləşdirilib. Gücü 18 vattadək olan sürətli enerjidoldurma texnologiyasından istifadə edən daxili akkumulyatorun tutumu 3140 milliamper/saat təşkil edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1060594
Bu gün
Bu həftə
Bu ay
Ümumi
362
3546
16420
1060594
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi