Bazar, 22 Dekabr 2024

Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib: O necə çalışır?

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in beta versiyasına əlavə etmişdi. Lakin bir neçə gün bundan öncə istifadəçilər bildirmişdilər ki, bu funksiya beta versiyadan yoxa çıxıb. Daha sonra məlum oldu ki, Google şirkəti heç gözlənilmədən bu fuksiyanı Chrome brauzerinin Windows üçün olan versiyasına inteqrasiya edib. Bu yeni funksiya hələki Chrome Dev və Canary test brauzerlərində aktivdir.

 Nearby Sharing funksiyasını bu brauzerlərdə aktivləşdirmək üçün URL hissədə chrome://flags

 yazmaq və açılacaq yeni siyahıda təcrübi funksiyalar bölməsində bu funksiyanı aktivləşdirmək lazımdır. Növbəti mərhələdə brauzeri yenidən işə salmaq lazımdır. Bu halda chrome://nearby qovluğunda dəstəklənən cihazlar siyahısı açılacaq. Beləliklə bu üsul ilə kompüterdən həmin cihazlara müxtəlif faylları göndərmək olacaq. Qeyd etmək lazımdır ki, Nearby Sharing funksiyasının çalışması üçün Google tərəfindən tərtib edilmiş aparat səviyyəsində bir sıra tələblərə riayət etmək lazımdır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354761
Bu gün
Bu həftə
Bu ay
Ümumi
497
13133
34823
1354761
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.