Dünyanın ən güclü superkompüteri təyin edilib

El Capitan tarix ərzində ekzaflops səviyyəsində performans sərgiləyən 3-cü superkompüter oldu. O, saniyədə kvintilyondan çox əməliyyatı yerinə yetirə bilir.Sözügedən superkompüter AMD şirkətinin 4-cü nəsil AMD EPYC prosessorları əsasında birləşdirilmiş 11 milyon CPU və GPU nüvəsindən təşkil edilib.
AMD-nin bu prosessorlarından hər biri 1.8 GHz tezlikdə çalışır. Superkompüterin əsas yaddaş həcmi isə 5 PB (petabayt) təşkil edir. Bu superkompüterdə böyük həcmli məlumatların emalı prosesindən Rabbit adlı lokal sistem cavabdehdir. Qeyd etmək lazımdır ki, El Capitan nüvə silahlarının təhlükəsizliklərinin təmin olunmasından cavabdehdir.