Cümə, 11 Aprel 2025

Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq

Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib. Hərraca çıxarılacaq maraqlı lotlardan biri də süni zəka vasitəsilə çalışan insanabənzər robot tərəfindən hazırlanmış rəsmdir. Rəsm “A.I. God. Portrait of Alan Turing” adlanır. Bu, ilk haldır ki, böyük hərrac evi belə bir lotu satışa çıxarır. Məlumata əsasən sözügedən rəsmin 100 000-150 000 funt sterlinqə satılacağı güzlənilir. Qeyd etmək lazımdır ki, rəsmdə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Turing əks olunub. O, informatikanın “atası” hesab edilir. Rəsm süni zəka sisteminə sahib Ai-Da adlı robot tərəfindən tərtib edilib.

Sözügedən robot 2019-cu ildə Oksford Universitetində hazırlanıb və ingilis riyaziyyatçı Ada Lovelace-ın şərəfinə adlandırılıb. “A.I. God. Portrait of Alan Turing” rəsmi Ai-Da robotu tərəfindən tərtib edilmiş digər 4 rəsm ilə birlikdə bu ilin may ayında BMT-də sərgilənmişdi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1547078
Bu gün
Bu həftə
Bu ay
Ümumi
376
8284
17197
1547078
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.