Cümə, 11 Aprel 2025

Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!

Windows-a gələcək yeniləmələrlə təqdim ediləcək bu xüsusiyyət Android telefonun bütün fayllarına giriş icazəsi verir. İstifadəçi, Android cihazını sanki bir kabel ilə kompüterə qoşmuş kimi fayllarını idarə edə biləcək. Bildirilir ki, Android telefonlara simsiz giriş təmin edən bu metod kabeldən daha sürətlidir. Testlərə görə simsiz şəkildə telefondan kompüterə fayl köçürmə sürəti saniyədə təxminən 1.2 GBPS (150 MB/san) olaraq ölçülüb.

bu xüsusiyyət, 2025-ci ildən etibarən dəstəyi dayandırılacaq Windows 10-da da istifadə oluna biləcək. Bu xüsusiyyət əlçatan olduqda istifadə etmək üçün öncə istifadəçi,Windows 10 və ya Windows 11 kompüterində Microsoft Phone Link (Telefon Bağlantısı) tətbiqini həm

 

Android telefonuna,həm də Windows kompüterinə yükləməli və telefon ilə kompüter arasında əlaqə qurmalıdır. Əgər Phone Link tətbiqi istifadəçinin kompüterində yoxdursa, tətbiqi Microsoft Store üzərindən asanlıqla yükləmək mümkündür. Daha sonra Android telefonunuzdan Phone Link tətbiqinə bütün giriş icazələrinin verildiyinə əmin olun. Telefon faylları avtomatik olaraq kompüterdə görsənəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1547089
Bu gün
Bu həftə
Bu ay
Ümumi
387
8295
17208
1547089
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.