Google Chrome təhlükəsizlik sistemini daha da gücləndirir – Yeni Funksiya
Son vaxtlarda hamımızın rastlaşdığımız təhlükəsizlik boşluqları artmaqdadır bunu görən Google Chrome yeni təhlükəsizlik tədbiri hazırladığını açıqladı. Bu, etibarlı olmayan mənbələrdən formları, sorğuları doldurarkən məlumatların oğurlanmasına mane olacaqdır.
Bu yaxınlarda Twitter istifadəçiləri ciddi təhlükəsizlik boşluğuyla qarşılaşdılar və bir çox şəxsi məlumatları hakerlərin əlinə keçdi. Dünyanın ən çox seçilən internet brauzeri olan Google Chrome da bu problemlərə görə yeni sistem qurduğunu açıqladı.
Bu yeni xüsusiyyət internetdə nəsə axtaran zaman qeyd olunan saytlarda məlumatların avtomatik doldurulmasının qarşısını almağa imkan verir. Məsələn, bir sayta daxil olsanız və etibarlı deyilsə, məlumatlarınız avtomatik olaraq formlara yerləşdirilməyəcəkdir.
Ancaq əlbəttə ki, istifadəçilər Google-un təklifini görməzdən gələrək istədikləri halda sorğu və formları doldura biləcəklər.
- Disable Autofill adlı yeni xəbərdarlıq sistemini çox güman ki, gələcəkdə müxtəlif brauzerlərdə görə biləcəyik. Bu funksiya vasitəsiylə Chrome artıq bazarda özünə başqa bir yer müəyyən etmiş olacaq.