Dünyada ən güclü smartfon təqdim edilib
“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone 3” adlı oyun smartfonu “Qualcomm” şirkətinin məhsuldar prosessoru ilə təchiz edilib və oyun aksessuarlarını dəstəkləyir.
Smartfon 2340×1080 piksel təsvir ölçülü 6,59 düymlük AMOLED displey və 144 hers yeniləmə tezliyə malikdir. Qurğu “Snapdragon 865 ” prosessoru və 16 QB-dək əməli yaddaşla təchiz edilib və buna görə dünyada ən məhsuldar smartfonlardan biri hesab edilir. Aparat “UFS 3.1” standartına məxsus 512 QB-dək daxili yaddaşa malikdir.
Qurğunun arxa panelində 64, 13 və 5 meqapiksellik
təsvir ölçülü və 8K videoçəkiliş imkanına malik üçqat kamera quraşdırılıb.
“ROG Phone 3” aparatı 30 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 6000 milliamper/saat tutumlu batareyaya malikdir. İstifadəçi ekranın yenilənmə tezliyini, çipin işləmə tezliyini, enerjidoldurmanın sürətini, fiziki oyun düymələrini tənzimləyə bilər.
“ROG Phone 3” xüsusi oyun aksessuarlarını dəstəkləyir. Məsələn, qurğuya onun korpusunu təxminən 4 dərəcə soyudan “AeroActive Cooler 3” yığcam kuleri əlavə edilə bilər.
8 QB-lıq əməli yaddaş və 256 QB-lıq daxili yaddaşa malik qabaqcıl cihazın qiyməti 800 avrodan başlayır.