Cümə axşamı, 02 May 2024

Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib

Son zasmanlarda Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunu təkmilləşdirməklə məşğuldur. Çat-bot üçün təqdim edilmiş yenilənmə özündə Youtube videolarının analizi funksiyasını birləşdirir. Bu funksiya sayəsində istifadəçi bu ya digər Youtube videosundan konkret məlumatı əldə edə biləcək. Sözügedən funksiyanın istifadə nümunəsi kimi Espresso Martini adlı kokteylin reseptini özündə birləşdirən video istifadə edilib.

Bard videonu analiz edərək onun tərkib hissəsindəki vacib məlumatları əldə edib.

Bura həmçinin kokteylin hazırlanmasında istifadə edilən məhsullar və kokteylin hazırlanma təlimatı da daxil olub. Lakin bununla belə məlumatlarda Bard tərəfindən əlavə edilmiş lazımsız təlimat da yer alıb. Məsələn çat-bot kokteyli 30 saniyə ərzində silkələmək təlimatını qeyd edib. Halbuki videonun özündə belə bir təlimat yer almayıb. Hal hazırda Google Bard-ın sözügedən funksiyası təcrübi mərhələdən keçir və o, hamı üçün istifadəyə verilməyib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1070759
Bu gün
Bu həftə
Bu ay
Ümumi
22
3737
628
1070759
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi