Çərşənbə, 01 May 2024

Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb

Görünür, Youtube videoservisinin reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanının bloklanması praktikası artıq qlobal xarakter daşımağa başlayıb. Bu barədə The Verge saytı videoservisin ictimaiyyətlə əlaqələr meneceri olan Christopher Lawton-un sözlərinə istinadən məlumat verib. Belə ki, istifadəçilər reklam bloklayıcılarının deaktiv edilməsi tələbəni əks etdirən bildirişi Youtube-dan artıq tez-tez əldə etməyə başlayıblar.
Bəzi hallarda bu cür bildirişlər məsləhət xaraketri daşıyırlar və onların əldə edilməsindən sonra da Youtube-da video izləmək mümkündür. Bununla belə reklam bloklayıcılarından istifadə edənlərdə video izləmə imkanının deaktiv edilməsi praktikasından artıq daha çox istifadəçi şikayətlənməyə başlayıb. Bu istiqamətdə Youtube daha bir həll yolunu təklif edir. Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlərə Youtube Premium abunəliyinin əldə edilməsini məsləhət görür.
Qeyd etmək lazımdır ki, Youtube Premium abunəliyi çərçivəsində istifadəçilər videolara reklam elanları olmadan baxa bilirlər. Qeyd etmək lazımdır ki, Youtube reklam bloklayıcılarından istifadə edənlərdə video izləmə imkanının deaktiv edilməsini hələ yay fəslində test etməyə başladı. İlk növbədə bu praktika məhdud sayda istifadəçi arasında test edilirdi. Bir neçə aydan sonra isə videoservis bu praktikasını daha geniş istifadəçi kütləsi arasında tətbiq etməyə başladı.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1070545
Bu gün
Bu həftə
Bu ay
Ümumi
414
3523
414
1070545
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi