“Windows 11”də süni intellekt istifadəyə verilir
“Microsoft”, son aylarda təqdim etdiyi “Windows Copilot” süni intellekt köməkçisini nəhayət istifadəyə verib. “Windows 11 23H2” yeniləməsi ilə istifadəyə veriləcək bu xüsusiyyət əməliyyat sisteminin tarixində bir ilkdir. Belə ki, “Cortana”dan daha ağıllı olacaq köməkçi ilə yeni dövr başlayır. “Microsoft”, süni intellekt dəstəyi də daxil olmaqla əhəmiyyətli təkmilləşdirmələr təqdim edən funksiyanı istifadəyə verib.
Əməliyyat sistemi üçün ən vacib təkmilləşdirmələrdən biri olacaq bu paket “Microsoft”a süni intellekti “Windows 11”ə inteqrasiya etməyə imkan verəcək.
MediaPost xəbər verir ki, yeni funksiyalardan biri “Office 365” ilə birlikdə istifadəyə verilən süni intellekt köməkçisi “Copilot”un əməliyyat sisteminə birbaşa inteqrasiyası olacaq. Belə ki, klaviaturadan və ya tapşırıqlar panelindən istifadə edərək “Bing” və “ChatGPT” tərəfindən dəstəklənən “Copilot”a daxil olmaq mümkün olacaq.
“Copilot” sayəsində istifadəçilər “Bluetooth” cihazlarını cütləşdirmək, faylları tapmaq və kompüterlərindən məlumat əldə etmək kimi tapşırıqları yerinə yetirə biləcəklər. Digər tərəfdən, “Microsoft Paint” süni intellektə yönəlmiş alətlərlə indiyə qədərki ən böyük yenilənməni qəbul edir. İndi “Paint Cocreator” xüsusi rəssamları təqlid edə biləcək. “Windows”da “Clipchamp” video redaktoru: Redaktor avtomatik yaratma, filtrlər, fon musiqisi seçimi və bəzi süni intellekt tərəfindən dəstəklənən funksiyalara sahib olacaq.
Qeyd edək ki, proqram həmçinin məşhur sosial platformalarla inteqrasiya olunub. “23H2” yeniləməsi bu aydan etibarən əlçatan olacaq.