X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə verilib

Lakin bu tarif planında istifadəçiyə reklam elanları olduğu kimi sərgilənməyə davam ediləcək. Premium+ tarifi isə sosial şəbəkənin bütün imkanlarından istifadə etməyə imkan verir və istifadəçini reklam elanlarından azad edir. Yəni Premium+ istifadəçilərinə X daxilində heç bir reklam elanı sərgilənməyəcək. Lakin hal hazırki mərhələdə Premium+ tarifinin bu üstünlüyü X-in yalnız veb versiyasında aktivdir. X-in mobil tətbiqində Premium+ istifadəçilərinə reklamlar hələ ki, sərgilənməyə davam edəcək.