Bazar, 20 Aprel 2025

Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə veriləcək

Whatsapp-da mesajların oxunmasından sonra onların avtomatik olaraq silinmələri funksiyası artıq mövcuddur. İndi isə messencer tərtibatçıları eyni funksiyanın səsli mesajlara tətbiq edilməsi üzərində çalışırlar. Məlumatda qeyd edilib ki, səsli mesajlar üçün View Once funksiyası adi mesajlardakı kimi çalışacaq.

Yəni sözügedən funksiya çərçivəsində göndərilmiş səsli mesaja bir dəfə qulaq asandan sonra həmin mesaj avtomatik olaraq silinəcək.

Təqdim edilmiş screenshot fotoya əsasən bir dəfəlik dinləmə üçün göndərilmiş səsli mesajlar 1 rəqəmi ilə işarələnmiş ikona sahib olacaqlar. İstifadəçilər çox güman ki, avtomatik silinən səsli mesajları yükləyə və ya kənar tətbiq vasitəsilə yaza bilməyəcəklər. Avtomatik silinən səsli mesajlar funksiyasının messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564129
Bu gün
Bu həftə
Bu ay
Ümumi
263
14697
34248
1564129
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.