Bazar, 22 Dekabr 2024

Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq

Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib. Bunun üçün şirkət Play Protect funksiyasının çalışma mexanizmini yeniləyib. Belə ki, sözügedən funksiya real zaman ərzində smartfona quraşdırılan tətbiqin skan edilməsi imkanını əldə edib. Bu və ya digər tətbiqin smartfona quraşdırılmasından öncə Play Protect funksiyası istifadəçiyə onun skan edilməsini təklif edəcək.

Skan prosesi çərçivəsində tətbiqdə hər hansısa zərərli faktorun aşkar ediləcəyi halda sistem bu barədə məlumatı istifadəçiyə skan prosesinin sonunda təqdim edəcək.

Bununla belə bu yeni funksiya tətbiqin hansı mənbədən quraşdırılmasından asılı olmayaraq çalışır. Google Play Store və ya kənar tətbiq mağazaları. Google bildirib ki, bundan sonra Play Protect funksiyası tətbiqləri proqram təminatı kodu səviyyəsində analiz edəcək. Yenilənmiş Play Protect ilkin mərhələdə Hindistanda istifadəyə veriləcək. Daha sonra isə bu yeni funksiya digər ölkələrdə də aktiv olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354638
Bu gün
Bu həftə
Bu ay
Ümumi
374
13010
34700
1354638
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.