Bazar, 22 Dekabr 2024

X-də (Twitter) bloklama funksiyası aradan qaldırıla bilər

Elon Musk xəbər verib ki, istifadəçilərin bloklanması funksiyası X-də (keçmiş Twitter) aradan qaldırıla bilər. Bloklama funksiyası sayəsində X istifadəçiləri digərlərini öz paylaşımlarını izləmək, abunə olmaq və əlaqə qurmaq imkanından məhrum edirlər. Bu cür tədbir sosial platformada ola biləcək təqib, mənəvi təcavüz və təhqir kimi poroblemləri aradan qaldırmağa imkan verir. Bütün bu funksiyalar X-də aradan qaldırıla bilər.

“Özəl mesajlar istisna olmaqla bloklama funksiya şəklində aradan qaldırılacaq” - deyə Musk qeyd edib. Onun fikrincə bu funksiyanın heç bir mənası yoxdur. Bu cür qərar X-ə App Store ilə Google Play-də ciddi problemlər yarada bilər.

App Store qaydalarına əsasən istifadəçilər tərəfindən generasiya edilən kontentləri özlərində birləşdirən tətbiqlər mütləq şəkildə aqressiv istifadəçilərin bloklanması, arzuolunmaz materialların filtrasiyası imkanlarına və təhqir tərkibli materialların şikayət olunması mexanizmlərinə sahib olmalıdırlar.

Oxşar qaydalar həmçinin Google Play-də də mövcuddur. Daha sonra Musk bildirib ki, mesajların bloklanması ilə birlikdə X istifadəçiləri arzuolunmaz şəxsləri bir növ səssiz rejimə keçirtmək imkanına sahib olacaqlar. Bu imkan çərçivəsində arzuolunmaz şəxs onu kənarlaşdırmış istifadəçinin profilindəki məlumatları görə biləcək. Lakin onun yazacağı mesajlar istifadəçi tərəfindən görünməyəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355425
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1161
13797
35487
1355425
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.