Qlobal internet trafikdə botların payı getdikcə artır
Verilmiş məlumata əsasən 2022-ci ildə bütün internet trafikinin 47.4%-i botlara aid olub. Bu isə 2021-ci ildəki göstəricidən 5.1% yüksəkdir. İnsanlar tərəfindən generasiya edilən internet trafik göstəricisi 2022-cin ildə 52.6% təşkil edərək son 8 ildə ən aşağı səviyyəyə düşüb. Artıq dördüncü ildir ki, internet trafik mövzusunda botların payı getdikcə artır. Söhbət, qeyri-qanuni məqsədlərdə istifadə edilən botlardan gedir. Bu cür botlara çoxlu sayda insanlara spamların göndərilməsi, casusluq,
DDoS hücumlar və veb saytların hack edilməsi üçün nəzərdə tutulmuş botlar daxildir. 2022-ci ildə onların internet trafikindəki payları 30.2%-ə qədər yüksəldi. Bu isə 2021-ci ildəki göstəricidən 2.5% yüksəkdir. Məlumata əsasən həmçinin qeyri-qanunu məqsədlər üçün istifadə edilən botlar daha qəliz olublar. Onlar təkmilləşdirilmiş botlar sinifinə daxildirlər və 2022-ci ildə onlar internet trafikinin 51.2%-ni əhatə ediblər. 2021-ci ildə bu göstərici 25.9% təşkil etmişdi. Botların hücumlarına daha çox turizm (24.7%), pərakəndə satış (21%) maliyyə servisləri (12.7%) kimi sahələr məruz qalıblar.