Bazar, 22 Dekabr 2024

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. Hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq yeniləmə gözlənilir.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, dünyanın ən məşhur internet brauzeri "Google Chrome" tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi "Chrome"a üstünlük verir.

 Təxminən 3 milyarddan çox istifadəçisi olan "Google Chrome"dan dünya əhalisinin demək olar ki, yarısı istifadə edir.

Bir neçə gün öncə isə "Google"un yaydığı təcili xəbərdarlıqda "Chrome" brauzerinin kritik boşluğa malik olduğu və hər an kiberhücumun baş verə biləcəyi istifadəçilərin diqqətinə çatdırılıb. CVE-2022-1096 kimi müəyyən edilən bu boşluq JavaScript mühərrikində yerləşir və haker qruplarına məlumdur.

"Google" zəifliyin necə istifadə edildiyi və bunun səbəbləri ilə bağlı heç bir təfərrüat təqdim etməsə də, istifadəçilər "Chrome" brauzerini 99.0.4844.84 versiyasına uyğun yeniləməlidirlər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355236
Bu gün
Bu həftə
Bu ay
Ümumi
972
13608
35298
1355236
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.