Cümə, 26 Aprel 2024

Huawei smartfonlarında 5G şəbəkəni təmin edəcək xüsusi keysin ilk real fotosu ortaya çıxıb

Bir neçə gün bundan öncə xəbər ortaya çıxmışdı ki, Huawei şirkəti öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul vasitəsilə geri qaytaracaq. Belə ki, şirkət 5G dəstəyini reallaşdıracaq xüsusi smartfon keysləri üzərində çalışır. Həmin keyslər öz növbələrində şirkətin aktual və gələcək smartfonlarını 5G şəbəkəsi ilə təmin etməlidirlər. İndi isə internetdə sözügedən keysin ilk real fotosu ortaya çxıb. Çinin Weibo adlı sosial şəbəkəsində Huawei P50 Pro-nun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotonun maraqlı tərəfi ondan ibarətdir ki, smartfonun yanında həmçinin xüsusi keys əks olunub və həmin keys smartfonun arxa panelinin dizaynını təkrarlayır.

Görünür, sözügedən keys smartfonun qalınlığını bir qədər artıracaq onun USB Type-C girişini öz girişi ilə əvəz edəcək. Smartfonlar üçün nəzərdə tutulmuş 5G keyslərin nə zaman satışa çıxacaqları və hansı qiymətə satılacaqları barəsində bir məlumat yoxdur. Huawei bu cür aksesuarı artıq bu ay təqdim edə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1066132
Bu gün
Bu həftə
Bu ay
Ümumi
562
3936
21958
1066132
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi