Çərşənbə, 08 May 2024

Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şirkət öz məhsullarının digər platformalar üçün nəzərdə tutulmuş versiyalarını da hazırlayır. Ortaya çıxmış yeni məlumata əsasən Microsoft yaxın zamanda öz Defender adlı antivirus tətbiqini Android və macOS üçün də istifadəyə verəcək. İtaliyanın Aggiornamenti Lumia adlı saytı tərəfindən təqdim edilmiş reklam fotosunda olan məlumata əsasən yaxın zamanda Android və macOS əsasında çalışan cihazlar Defender antivirus tətbiqinin dəstəyini əldə edəcəklər. Bundan əlavə olaraq təqdim edilmiş fotoda tətbiqin veb qorunma funksiyasına sahib olacağı da qeyd edilib.

Çox güman ki, söhbət, veb səhifələrin və ya internetdən yüklənən faylların skan prosesləri üçün nəzərdə tutulmuş Smart Screen funksiyasından və ya onun analoqundan gedir.

Qeyd etmək lazımdır ki, bu, Microsoft şirkətinin Android üçün hazırladığı ilk məhsulu deyil. Belə ki, Microsoft-un Bing axtarış sistemi, Edge brauzeri, Office tətbiqlər paketi və korporativ Teams messenceri də Android üçün mövcuddur. Bundan əlavə olaraq artıq uzun müddətdir ki, Office tətbiqlər paketi macOS üçün istifadəyə verilib. Microsoft Defendir-in Android və macOS versiyalarının nə zaman istifadəyə veriləcəyi və hansı üsul ilə yayılacaqları barəsində bir məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1075659
Bu gün
Bu həftə
Bu ay
Ümumi
645
3113
5528
1075659
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi