Smartfonlarda yeni nəsil BARMAQ İZİ TEXNOLOGİYASI
2018-ci ildə “Qualcomm” şirkəti “3D Sonic Sensor” adlı birinci nəsil barmaq izi skanı texnologiyasını təqdim etmişdi. Bu texnologiya barmaq izinin skanı üçün ultrasəs üsulundan istifadə edir. Həmin vaxtdan şirkət mühəndisləri sözügedən texnologiyanı təkmilləşdiriblər.
Xəbər verilir ki, təqdim olunmuş yeni barmaq izi texnologiyası iki dəfə daha sürətlə çalışır. Beləliklə ekrana inteqrasiya olunan “3D Sonic Sensor Gen 2” adlı yeni barmaq izi skanı texnologiyası smartfon ekranının 77%-ni əhatə edir.
Bu isə öz növbəsində 1.7 dəfə daha çox biometrik məlumatın əldə olunması imkanını yaradır.
Mühəndislərin əldə etdikləri ən əsas nailiyyət ondan ibarətdir ki, bu yeni texnologiya əvvəlki ilə müqayisədə barmaq izini iki dəfə daha tez skan edir.
Qeyd edək ki, bu günlərə satışa çıxarılacaq yeni nəsil smartfonlarda “3D Sonic Sensor Gen 2” texnologiyası tətbiq ediləcək.