“iPhone SE” smartfonu uğurlu olub
“Apple” şirkətinə məxsus smartfonların satış həcminin təxminən 19%-i “iPhone SE” qurğularının payına düşüb.
Bu halda agentlik qeyd edib ki, smartfon aprelin ortalarında təqdim edilib. “iPhone 5”, “6” və ya “7” və “Android” qurğular kimi köhnə aparatların sahibləri “SE” cihazlarının əsas alıcıları olublar.
“CIRP” agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, yeni qurğu sahiblərinin 72%-i 2016-cı ildə orijinal “SE” aparatının istehsalından ötən 4 ildə öz smartfonlarını yeniləməyiblər. “Yeni “iPhone SE” aparatı “iPhone”nun çoxdankı istifadəçilərinin spesifik seqmenti üçün əlverişli olub” – “CIRP”in həmtəsisçisi Mayk Levin deyib.