Çərşənbə axşamı, 17 İyun 2025

Əşyaların interneti üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda əşyaların interneti (IoT) üçün intellektual sistemlərin perspektivləri və problemləri tədqiq olunub.

İnstitutdan  bildirilib ki, əşyaların interneti bir çox “ağıllı” cihazları bir yerə toplamaq, təhlil etmək, işləmək, məlumatı bir-birinə ötürmək imkanı verən və şəbəkəyə bağlayan nisbətən yeni texnologiyadır. Bu, lazımsız tullantıların həcmini, göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırır, istehsal və logistik xərcləri azaldır. Əşyaların interneti tibb sahəsində bir sıra imkanlara yol açır.

IoT-un əsas vəzifələrindən biri düzgün sistem arxitekturasını seçmək və inkişaf etdirməkdir. IoT üçün yeni intellektual sistemlərin yaradılması, texnologiyaların inkişaf etdirilməsi iqtisadiyyatın inkişafına böyük kömək göstərəcək, “ağıllı” şəhər və kəndlərin sürətli inkişafına səbəb olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1648080
Bu gün
Bu həftə
Bu ay
Ümumi
2573
4653
21356
1648080
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.