Bazar, 22 Dekabr 2024

Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Microsoft şirkəti qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib. Şirkət yeni modeldə əvvəlkinin nöqsanlarını aradan qaldırmağa çalışıb. Bununla belə Surface Duo 2 modeli 2 ekranlı dizaynını qoruyub saxlayıb. Bununla yanaşı Microsoft sözügedən smartfonu hal hazırda 5G dəstəkli ən nazik smartfon adlandırıb. Əvvəlki Surface Duo kimi yeni model də 2 ekrana sahibdir. Tam açıq formada ekranlar 90 Hz-lik təsvir yenilənməsinə sahib 8.3 düym ölçüdə olan vahid ekrana çevrilirlər. Smartfonda Glance Bar adlı hissə mövcuddur. Smartfon qatlanmış vəziyyətdə olduğu zaman həmin hissədə müxtəlif məlumatlar əks olunurlar.

Bura bildirişlər, vaxt, enerji səviyyəsi və s. daxildirlər. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Microsoft bildirib ki, Surface Duo-dan fərqli olaraq yeni modeldə şarnir konstruksiyası təkmilləşdirilib.

 Ekranlar isə Corning şirkətinin ən dözümlü qoruyucu şüşəsi olan Gorillas Glass Victus ilə əhatə olunublar. Əsas texniki özəlliklərə gəldikdə smartfon Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.7 diafraqma, OIS) + 16 MP (ultragenişbucaqlı obyektiv) + 12 MP (teleobyektiv, OIS) üçlü arxa kamera, 12 MP-lik ön kamera və 4449 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon NFC modula və stereo səsgücləndiricilərə sahibdir. Surface Duo 2 Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ayın sonunda satışa çıxacaq. 128 GB yaddaşa sahib model 1500$-a, 256 GB yaddaşa sahib model 1600$-a, 512 GB yaddaşa sahib model isə 1800$-a satılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354307
Bu gün
Bu həftə
Bu ay
Ümumi
43
12679
34369
1354307
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.