ASUS yeni ROG Phone 5s və ROG Phone 5s Pro flaqman smartfonlarını təqdim edib
ASUS şirkəti ROG Phone 5s və ROG Phone 5s Pro flaqman smartfonlarını təqdim edib. Sözügedən smartfonlar xarici görünüşcə bu il təqdim olunuş ASUS ROG Phone 5 və ROG Phone 5 Pro modellərinə bənzəyirlər. Lakin buna baxmayaraq yeni smartfonlar təkmilləşdirilmiş tenxiki özəlliklər əldə ediblər. Yeni smartfonlarda olan əsas fərqləndirici özəllik ondan ibarətdir ki, onlar Snapdragon 888+ prosessoru ilə təchiz olunublar. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 5s Pro modeli adi modeldən onunla fərqlənir ki, o həmçinin 18 GB RAM və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Digər bütün özəlliklər baxımından hər iki yeni smartfon eynidir.
Beləliklə smartfonlar 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.75 düym OLED ekran ilə təchiz olunublar. Bununla yanaşı ekranlar Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunublar. Barmaq izi skanı tenxologiyası da birbaşa smartfonların ekranlarına inteqrasiya edilib. Adi ROG Phone 5s-in arxa panelində işıq vasitəsilə parıldayan ROG brendinin loqosu yer alıb. ROG Phone 5s Pro-nun arxa panelində isə ROG Vision PMOLED adlı çox kiçik ekran mövcuddur və həmin ekranda müxtəlif animasiyalar əks olunurlar. Bununla yanaşı Pro modelin arxa panelində həmçinin iki əlavə sensorlu düymə mövcuddur.
Əsas texniki özəlliklərə gəldikdə isə smartfonlar Snapdragon 888+ prosessoru, 8/12/16/18 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 13 MP (125 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 24 MP-lik arxa kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. Smartfonlar ROG UI interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışırlar. ROG Phone seriyasının bu yeni smartfonları 24 avqust tarixində satışa çıxacaqlar. Lakin onlar hələki Tayvan bazarında satılacaqlar. Adi ASUS ROG Phone 5s 1077$ ilə başlayan qiymətlə satılacaq. ASUS ROG Phone 5s Pro isə 1365$-a satılacaq.