Bazar ertəsi, 20 May 2024

Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kompüterdə həm də digər cihazlarda istifadə edə biləcəklər. Lakin məlum olub ki, məşhur messencerin bu yeni funksiyası məhdud şəkildə çalışacaq. İnsayderlər Whatsapp-ın test versiyasını incələyərək bu xəbəri veriblər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-dakı istifadəçi hesabını 4 müxtəlif cihazda işə salmaq mümkün olacaq. Lakin məlum olub ki, 4 cihazdan yalnız 1-i smartfon ola bilər. Bununla da istifadəçi öz hesabının digər cihazlar üçün dublikatını yarada bilməyəcək. Bunun əvəzinə istifadəçi kompüter (Whatsapp Web və Whatsapp Desktop) və Facebook-un Portal cihazları üçün olan müstəqil Whatsapp tətbiqlərindən istifadə etməli olacaq.

Məlumata əsasən messencerin çalışma keyfiyyəti istifadə olunan platformadan asılı olaraq fərqlənəcək. Müxtəlif cihazlarda bir istifadəçi hesabı ilə çalışma imkanına sahib Whatsapp versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086086
Bu gün
Bu həftə
Bu ay
Ümumi
35
505
15955
1086086
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi