Bazar ertəsi, 04 Avqust 2025

Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb

Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb. Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoquna sahib deyil. Bu cür texnologiyanın yaradılmasında şirkət əlavə matrisa laylarına sahib xüsusi konstruksiyadan istifadə edib. Həmin laylar ekranın qatlanması zamanı ola biləcək zədələnmələrin qarşısını alırlar.

Şirkətin verdiyi məlumata əsasən yaradılmış yeni ekranın xidmət dövrü 200.000 qatlanmaya bərabərdir. Digər şirkətlərin texnologiyalarından fərqli olaraq BOE-nin yaratdığı ekran təkcə bir xətt üzrə 180 dərəcə deyil hər iki istiqamətə qatlana bilir.

Yaxın zamanda şirkət sözügedən ekranın daha dəqiq testlərini keçirtmək üçün onun prototiplərini öz partnyorlarına göndərəcək. Qeyd etmək lazımdır ki, BOE elektronika məhsulları üçün ekran istehsalı ilə məşğul olan böyük şirkətlərin ilk üçlüyünə daxildir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1716440
Bu gün
Bu həftə
Bu ay
Ümumi
282
1233
3740
1716440
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.