Şənbə, 21 Dekabr 2024

Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır

Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır. Belə ki, HarmonyOS adlı fərdi əməliyyat sistemindən sonra şirkət fərdi proqramlaşdırma dilini hazırlamaq niyyətindədir. Bir neçə müddət bundan öncə şirkət bu məsələ ilə bağlı patent sorğusu göndərib. Patent sorğusuna əsasən şirkətin proqramlaşdırma dilinin adı da məlum olub. İnternetdə olan patent sənədindəki məlumatlara əsasən Huawei tərəfindən hazırlanan proqramlaşdırma dili artıq Cangjie adı altında qeydiyyatdan keçib.

 Qeyd etmək lazımdır ki, bu termin Çin heroqliflərinin yazılış üsulunu əks etdirir. Məlumdur ki, Huawei daha əvvəllər də öz məhsullarının adlarını Çin mədəniyyəti də əlaqələndirib. Buna misal olaraq KirinHongmengKunpengBarongTaishanLingxiao və Shengteng adlarını gətirmək olar. Məlumatda qeyd edilib ki, Huawei fərdi proqramlaşdırma dili üzərində uzun müddətdir ki, çalışır və onun barəsində rəsmi məlumatı artıq bu il verəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353856
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1214
12228
33918
1353856
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.