Bazar, 19 May 2024

Yeni BlackBerry smartfonu barəsində ilk məlumatlar verilib

Keçən ilin avqust ayında ABŞ-ın OnwardMobility adlı şirkəti BlackBerry brendinin geri qayıdışını və bu brendin smartfonlarının istehsalının bərpasını elan etmişdi. İndi isə yeni BlackBerry smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Yeni BlackBerry modellərinin istehsalı ilə OnwardMobility şirkəti Foxconn-un tərkibinə daxil olan FIH Mobile Limited şirkəti birlikdə məşğul olacaq. Artıq bu il 5G və fiziki QWERTY klaviatura dəstəkli yeni BlackBerry smartfonu satışa çıxacaq.

Yeni smartfonda QWERTY klaviaturanın rellaşdırılacağı isə o deməkdir ki, şirkət öz diqqətini bu brendin pərəstişkarlarına yönəldib.

 OnwardMobility şirkətinin general direktorunun sözlərinə əsasən fiziki klaviatura produktivliyi yüksək səviyyəyə qaldırır. O həmçinin qeyd edib ki, hazırlanan yeni BlackBerry modeli yüksək keyfiyyətli təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq. Lakin yeni BlackBerry smartfonunun kamera çəkilişi mövzusunda bazar liderləri ilə rəqabət aparıb-aparmayacağı bilinmir. Yeni BlackBerry smartfonları Şimali Amerikada və Avropada satışa çıxacaqlar. Gələcəkdə isə onlar Asiya bazarında da satışa çıxa bilərlər. OnwardMobility şirkəti smartfonların istehsalını ABŞ-da reallaşdırmağı planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1085659
Bu gün
Bu həftə
Bu ay
Ümumi
78
7144
15528
1085659
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi