Nokia brendi PureBook X14 noutbukunu təqdim edib - QİYMƏTİ
11 illik fasilədən sonra Nokia brendi PureBook X14 adlı yeni nəsil noutbuk modelini təqdim edib. Yeni noutbuk alüminium materialdan hazırlanmış gövdə, 14 düym Full HD ekran, 10-cu nəsil Intel Core i5 prosessoru və bir çox giriş əldə edib. Nokia PureBook X14 modeli orta büdcəli noutbuk qismində çıxış edir. O, 10-cu nəsil Intel Core i5-10210 prosessoru əsasında hazırlanıb. Sözügedən prosessorun nüvəsi adi rejimdə 1.6 GHz tezlikdə, TurboBoost rejimində isə 4.2 GHz tezlikdə çalışır.
Nokia PureBook X14 modeli 1920x1080 piksel keyfiyyətli 14 düym ekran ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən ekranın özü Dolby Vision texnologiyasını dəstəkləyir.
Qrafik özəlliklərdən inteqrasiya edilmiş Intel UHD 620 prosessoru cavabdehdir. Hal hazırda bu noutbukun yalnız bir versiyası mövcuddur və o, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Nokia bildirib ki, PureBook X14 modeli bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilir. Sözügedən noutbukun əsas özəlliklərindən biri də odur ki, o, çoxlu sayda girişə sahibdir. Belə ki, noutbukun gövdəsində iki ədəd USB 3.1, USB 2.0, USB Type-C, HDMI, Ethernet, 3.5 mm-lik audiogiriş və Kensington təhlükəsizlik qıfılı var. Nokia PureBook X14 Windows 10 Home əməliyyat sistemi ilə birlikdə satılır. Bu noutbuk 18 dekabr tarixində 812$ qiymətində satışa çıxacaq.